...

Misirdə koronavirusdan daha iki nəfər ölüb

Dünya xəbərləri Materials 17 Mart 2020 01:50 (UTC +04:00)
Misirdə koronavirusdan daha iki nəfər ölüb

Bakı. Trend:

Misirdə yeni növ koronavirusdan daha iki nəfər ölüb. Hazırda ölümlərin ümumi sayı 4-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xaled Muqahed deyib.

"Luksorda 72 yaşlı Almaniya vətəndaşı ölüb, ikinci qurban isə martın 12-də ölən misirli qadınla əlaqə saxlayan, ölkənin şimalındakı Dakaxliya əyalətinin 52 yaşlı sakinidir", - nümayəndə bildirib.

Misirdə yeni növ koronavirusa yoluxanların ümumi sayı 166 nəfərə çatıb, o cümlədən bir sutka ərzində 40 yeni hal aşkar edilib, onların arasında beş əcnəbi vətəndaş var. Sağalananların sayı 26 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti