...

Avropa İttifaqı koronavirus ilə mübarizə üçün 20 milyard avro ayıracaq

Dünya xəbərləri Materials 9 Aprel 2020 03:52 (UTC +04:00)
Avropa İttifaqı koronavirus ilə mübarizə üçün 20 milyard avro ayıracaq

Bakı. Trend:

Avropa İttifaqı koronavirus infeksiyasının Avropadan xaricdə yayılmasına qarşı mübarizə üçün 20 milyard avrodan çox pul ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Aİ-nın xarici siyasət xidməti xəbər verir.

Bildirilir ki, Aİ-nın, Avropa İnvestisiya, Avropa Yenidənqurma və İnkişaf Banklarının, maliyyə institutlarının resurlarını birləşdirəcək "Team Europe" proqramının tətbiqi planlaşdırılır.

Vəsaitləri Afrika, Qərbi Balkan, Şərq Tərəfdaşlığı, həmçinin Yaxın Şərq və Şimali Afrika, Asiya və Latın Amerikası ölkələrinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti