...

Türkiyədə son sutkada koronavirusdan 7 902 nəfər sağalıb

Dünya xəbərləri Materials 10 Yanvar 2021 02:10 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 181 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 22 631 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 9 537 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 317 118 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 902 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 190 047 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti