...

Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 45-ə yüksəlib

Dünya xəbərləri Materials 4 İyul 2021 19:28 (UTC +04:00)
Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 45-ə yüksəlib

Bakı. Trend:

Xilasedicilər Holo adasında Filippin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerdə 42 hərbi qulluqçu və 3 mülki şəxsin cəsədini tapıblar.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Bildirilib ki, beş hərbi qulluqçu itkin düşmüş hesab olunur.

CNN Philippines telekanalının verdiyi məlumata əsasən, sağ qalan 49 əsgərdən 32-si müalicə üçün Zamboanga şəhər xəstəxanasına köçürülüb.

"C-130" hərbi təyyarənin qəzaya uğradığı yerdə axtarış işləri hələ də davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti