...

Nur-Sultan polisi mənzillərdə yoxlama aparır

Dünya xəbərləri Materials 9 Yanvar 2022 12:22 (UTC +04:00)

Bakı. Trend:

Nur-Sultan polisi hər məhəllə və mənzildə yoxlama aparır.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan paytaxtının komendantı Yerjan Sadenov bildirib.

Onun sözlərinə görə, şəhər tam operativ nəzarət altındadır, nəzarət-buraxılış məntəqələri fəaliyyətini davam etdirir:

Y.Sadenov qeyd edib ki, ictimai asayişi pozan şəxslərin müəyyən edilməsi məqsədilə əməliyyat-profilaktiki tədbir keçirilir:

"Eyni zamanda hər məhəllə və mənzildə yoxlama aparılır. Sakinlərdən anlayışla yanaşmalarını və köməklik göstərmələrini xahiş edirəm. Şübhəli şəxslərlə bağlı faktlar bilirsinizsə, məlumat verin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti