...

İranda zəncirvari qəza: 4 ölü, 27 yaralı

Dünya xəbərləri Materials 10 Yanvar 2022 10:56 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Bu gün səhər saatlarında İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Behbəhan-Əhvaz yolunda baş verən ağır qəza nəticəsində 4 nəfər ölüb, 27 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, qəza 20-30 avtomobilin iştirakı ilə baş verib. Nəticədə 4 avtomobil yanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti