...

Rusiyada son sutkada 40 minə yaxın yeni yoluxma qeydə alınıb

Dünya xəbərləri 20 Yanvar 2022 14:38 (UTC +04:00)
Rusiyada son sutkada 40 minə yaxın yeni yoluxma qeydə alınıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 38 850 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, ötən il noyabrın 13-dən sonra qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 33 899 nəfərin yoluxması qeydə alınmışdı. Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 10,93 milyonu ötüb.

Eyni zamanda son sutkada 684 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 698 nəfər idi.

Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 324 060 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti