...

Pensilvaniyada körpü çöküb, xəsarət alanlar var

Dünya xəbərləri Materials 28 Yanvar 2022 23:12 (UTC +04:00)
Pensilvaniyada körpü çöküb, xəsarət alanlar var

Bakı. Trend:

ABŞ-ın Pittsburq şəhərində (Pensilvaniya ştatı) avtomobil körpüsü çöküb.

Trend-in "CBS" teleşirkətinin yerli bölməsinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib.

Yerli İctimai Təhlükəsizlik İdarəsi öz "Twitter" səhifəsində şəhər sakinlərini hadisənin baş verdiyi ərazidən uzaq durmağa çağırıb.

Ağ Evin mətbuat katibi Cen Psaki baş verən hadisə barədə ABŞ Prezidenti Cozef Baydenin məlumatlandırıldığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti