...

Prezident seçkiləri indi keçirilsəydi, Tramp Baydenə qalib gələrdi - Sorğu

Dünya xəbərləri Materials 30 Mart 2022 02:38 (UTC +04:00)
Prezident seçkiləri indi keçirilsəydi, Tramp Baydenə qalib gələrdi - Sorğu

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidenti seçkiləri indi keçirilsəydi, hazırkı prezident Cozef Baydenə qalib gələrdi.

Trend-in məlumatına görə, bu barədə "Harvard/Harris" tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələri "The Hill" qəzeti tərəfindən dərc edilib.

Bildirilir ki, əgər prezident seçkiləri indi keçirilsəydi (2024-cü ildə keçirilməlidi - red.), sorğuda iştirak edənlərin 47 faizi D.Trampa, 41 faizi isə C.Baydenə səs verərdi. Qalan 12 faiz respondent isə seçim etməkdə çətinlik çəkib.

Əgər prezident seçkilərində D.Trampın rəqibi Kamala Harris olsaydı, sabiq prezident 49 faiz, K.Harris isə 38 faiz səs toplayardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti