...

Boris Conson Hindistanın baş nazirinə yeni qırıcıların hazırlanmasında kömək təklif edəcək

Dünya xəbərləri Materials 22 Aprel 2022 05:37 (UTC +04:00)
Boris Conson Hindistanın baş nazirinə yeni qırıcıların hazırlanmasında kömək təklif edəcək

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün Hindistanın baş naziri Narendra Modi ilə Nyu-Dehlidə görüşəcək və bu çərçivədə yeni qırıcıların hazırlanmasında Britaniyanın köməyini təklif edəcək.

Trend-in məlumatına görə, bu barədə "PA" agentliyi Britaniya baş nazirinin mətbuat xidmətinə istinadən bildirib.

Vurğulanıb ki, B.Conson danışıqlarda Londonun “Hindistanda yeni qırıcının hazırlanması və tikintisinə” yardım etməyə hazır olduğunu bildirəcək. Qeyd olunub ki, Britaniya rəhbərliyinin bu cür addımları Qərb ölkələrinin Hindistan hakimiyyəti tərəfindən alınan Rusiya silah və texnikasının sayını azaltmaq istəyinə dəlalət edir.

Böyük Britaniya, həmçinin Hindistan üçün açıq ümumi ixrac lisenziyası verəcək və bu, ixracatçılara respublikaya hərbi texnikanın çatdırılması prosedurunu sürətləndirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti