...

Bayden Yaponiya və Cənubi Koreyaya səfər edəcək

Dünya xəbərləri Materials 28 Aprel 2022 06:43 (UTC +04:00)
Bayden Yaponiya və Cənubi Koreyaya səfər edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden mayın axırı Cənubi Koreya və Yaponiyaya səfər edəcək.

Trend xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

"Prezident Cozef Bayden hökumətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün mayın 20-24-də Koreya Respublikasına və Yaponiyaya səfər edəcək", - deyə C.Psaki bildirib.

Onun sözlərinə görə, hər ölkədə C.Bayden yerli liderlərlə - Koreya Respublikasının yeni seçilmiş prezidenti Yun Sok Yol və Yaponiyanın baş naziri Fumio Kişida ilə ikitərəfli görüşlər keçirəcək.

C.Psaki qeyd edib ki, Tokioda ABŞ prezidenti həmçinin Avstraliya və Hinsitan liderləri ilə də görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti