...

Tramp narkotik laboratoriyalarını məhv etmək üçün Meksikaya raket zərbələri endirməyi təklif edib

Dünya xəbərləri Materials 6 May 2022 08:40 (UTC +04:00)
Tramp narkotik laboratoriyalarını məhv etmək üçün Meksikaya raket zərbələri endirməyi təklif edib

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Meksikadakı narkotik laboratoriyalarını məhv etmək üçün bu ölkədəki hədəflərə raket zərbələri endirməyi təklif edib.

Trend xəbər verir ki, bu barədə sabiq müdafiə naziri Mark Esperə istinadən "New York Times" qəzeti məlumat yayıb.

Nəşrin ilkin nüsxəsi ilə tanış ola bildiyi xatirələrində M.Esper yazır ki, D.Tramp 2020-ci ilin yayında ən azı iki dəfə narkotik laboratoriyalarının bombalanması ideyasını gündəmə gətirib.

Onun sözlərinə görə, eks-prezident deyib ki, ABŞ "narkotik laboratoriyalarını məhv etmək üçün Meksikaya raket zərbələri endirməlidir".

"Heç kim bilməyəcək ki, biz idik", - deyə D.Tramp M.Esperin etirazlarına cavab verib.

"Biz sadəcə bir neçə "Patriot" raketi buraxıb laboratoriyaları səssizcə məhv edə bilərdik", - deyə D.Tramp bildirib.

Qeyd edilir ki, Pentaqonun sabiq rəhbəri əvvəlcə bunun zarafat olduğunu düşünüb, lakin prezidentə baxdıqdan sonra fikrini dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti