...

İranda 270 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Dünya xəbərləri Materials 7 May 2022 12:56 (UTC +04:00)
İranda 270 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 270 nəfər koronavirusa (COVID-19) yoluxub, 8 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 165 nəfərə, yoluxanların sayı isə 7 234 701 nəfərə çatıb. Virus daşıyıcılarından 916 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7 002 258 nəfər koronavirusdan sağalıb, 51,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 149 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,1 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti