Bakı. Trend:
"Microsoft" şirkətinin qurucusu Bill Qeyts koronavirusa yoluxub.
Trend xəbər verir ki, bu barədə B.Qeyts özünün "Twitter" səhifəsində yazıb.
"COVID-19 üçün götürülən testin nəticəsi müsbət çıxdı. Xəstəliyin simptomları yüngüldür və mütəxəssislərin məsləhəti ilə sağalana qədər özümü təcrid etmişəm", - deyə B.Qeyts bildirib.
Onun sözlərinə görə, o, koronavirusa qarşı tam peyvənd olunub.