...

Misir HHQ-nin qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb

Dünya xəbərləri Materials 20 İyun 2022 01:52 (UTC +04:00)
Misir HHQ-nin qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb

Bakı. Trend:

Misir HHQ-nin qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin SQ mətbuat katibi polkovnik Qərib Əbdül Əziz bildirib.

"Hərbi Hava Qüvvələrinin təlim proqramının icrası zamanı döyüş təyyarəsi poliqonların birində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb", - o qeyd edib.

Rəsminin sözlərinə görə, təyarrənin pilotu sağ qalıb.

Xatırladaq ki, bu, Misir HHQ-nin hərbi təyyarələrinin təlim uçuşları zamanı ilk qəzası deyil. 2020-ci ilin yanvarında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı qəzaya uğramışdır. Nəticədə pilot həlak olmuşdur. Daha əvvəl, 2018-ci ilin noyabr ayında MiQ-29M markalı qırıcı təlim uçuşu yerinə yetirərkən qəzaya uğramışdır, lakin pilot vaxtında təyyarəni tərk edə bilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti