...

Dünyada 6 min nəfər meymunçiçəyinə yoluxub - ÜST

Dünya xəbərləri Materials 6 İyul 2022 18:03 (UTC +04:00)
Dünyada 6 min nəfər meymunçiçəyinə yoluxub - ÜST
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada bu günədək 6 min nəfər meymunçiçəyinə yoluxub.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreysus deyib.

O bildirib ki, yoluxma halları 58 ölkədə qeydə alınıb.

"Test keçirmək hələlik çətin məsələdir və böyük ehtimalla yoluxmaların əksəriyyəti üzə çıxmır. Yoluxmanın episentri Avropadır. Bu regiona bütün yoluxmaların təxminən 80 faizi düşür", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti