...

Putinlə Ərdoğanın görüşü yaxın vaxta planlaşdırılıb - Kreml

Dünya xəbərləri Materials 11 İyul 2022 19:01 (UTC +04:00)
Putinlə Ərdoğanın görüşü yaxın vaxta planlaşdırılıb - Kreml

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün yaxın zamanda keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə iki liderin telefon danışıqlarının yekunları üzrə Kremlin mətbuat xidmətindən bildiriblər.

"Yaxın zamanda keçirilməsi planlaşdırılan yüksək səviyyəli Rusiya-Türkiyə görüşü ərəfəsində liderlər qarşılıqlı maraq doğuran bir sıra məsələləri nəzərdən keçiriblər", - deyə Kremlin açıqlamasında deyilir.

Xatırladaq ki, bu gün Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti