...

Çində güclü istilərlə əlaqədar yüksək təhlükə səviyyəsi elan edilib

Dünya xəbərləri Materials 2 Avqust 2022 10:46 (UTC +04:00)
Çində güclü istilərlə əlaqədar yüksək təhlükə səviyyəsi elan edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çinin meteorologiya xidməti ölkə ərazisinin təxminən yarısında güclü istilərlə əlaqədar yüksək təhlükə səviyyəsi elan edib.

Trend-in məlumatına görə, ölkə üçün anomal istilər Çinin cənubunda, mərkəzi və şərqi regionlarında qeydə alınıb.

Bundan başqa, ölkənin şimalındakı Şensi əyalətində də isti hava şəraiti davam edir.

Yüksək temperaturun davam etdiyi yerlərdə sakinlərə açıq havada işləməmək tövsiyə olunur.

Hidrometeoroloqlar Çinin cənub-qərbindəki Çuntsin şəhərində temperaturun 40 dərəcəyədək yüksələcəyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti