...

Avropada 16 000-ə yaxın meymunçiçəyinə yoluxma halı aşkar edilib

Dünya xəbərləri Materials 3 Avqust 2022 23:58 (UTC +04:00)
Avropada 16 000-ə yaxın meymunçiçəyinə yoluxma halı aşkar edilib

Bakı. Trend:

Avropa regionunun 38 ölkə və bölgəsində 15 926 meymun çiçəyi hadisəsi aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) bildirib.

2 avqust 2022-ci il tarixinə olan məlumata əsasən, "TESSy" Avropa müşahidə sistemi vasitəsilə 32 Avropa ölkəsindən iki ölüm də daxil olmaqla 15 624 yoluxma faktı barədə bildirib.

Ən çox yoluxma halları 31-40 yaş arası (41%) və kişilərdə (99,1%) olub. Çox vaxt yoluxan şəxslərdə səpgi (94,8%) və qızdırma, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı (65%) kimi sistemik simptomlar olub. 399 nəfər (5,6%) xəstəxanaya yerləşdirilib, onlardan 150 nəfərinin stasionar yardıma ehtiyacı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti