...

Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri Helsinkidə görüşüblər

Dünya xəbərləri Materials 26 Avqust 2022 22:41 (UTC +04:00)
Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri Helsinkidə görüşüblər

Bakı. Trend:

Bu gün Helsinkidə NATO-nun Madrid Zirvə toplantısında iyunun 28-də Türkiyə, Finlandiya və İsveç tərəfindən imzalanan Üçtərəfli Memorandum əsasında yaradılan Daimi Birgə Mexanizmin ilk iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Türkiyə nümayəndə heyətinə Türkiyə prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini səfir Sedat Önal başçılıq ediblər.

Türkiyə nümayəndə heyətinə ədliyyə, xarici işlər, daxili işlər, milli müdafiə nazirlikləri və milli kəşfiyyat təşkilatının nümayəndələri də daxil idi.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Şöbəsindən bildirilib ki, müzakirələrdə iştirak edənlər Birgə Daimi Mexanizmin prinsiplərini müəyyənləşdirib, Üçtərəfli Memorandumda qeyd olunan öhdəliklərin yerinə yetirilməsi istiqamətində irəliləyişləri, eləcə də qarşıdakı dövrdə atılacaq konkret addımları nəzərdən keçiriblər.

Finlandiya və İsveç nümayəndələri terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq etdiklərini bir daha təsdiqləyib, milli təhlükəsizliyə yönəlmiş bütün təhdidlərə, xüsusilə PKK, PYD/YPG və FETÖ terror təşkilatlarına qarşı Ankaraya tam dəstəklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti