...

ABŞ tezliklə Ukraynaya növbəti hərbi yardım paketinin ayrıldığını elan edəcək

Dünya xəbərləri Materials 16 Sentyabr 2022 01:38 (UTC +04:00)
ABŞ tezliklə Ukraynaya növbəti hərbi yardım paketinin ayrıldığını elan edəcək

Bakı. Trend:

ABŞ hakimiyyəti yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək, onun məbləği 600 milyon dollar olacaq.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən bildirib.

Daha əvvəl "Politico" qəzeti Konqresdəki mənbələrə istinadən ABŞ-ın bu həftə Kiyevə növbəti təqribən 600 milyon dollar dəyərində silah tədarükünü elan etməyi planlaşdırması barədə məlumat vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti