...

PKK/YPG terrorçuları Türkiyənin milli təhlükəsizliyinə təhdiddir - səfir

Dünya xəbərləri Materials 26 Oktyabr 2022 08:06 (UTC +04:00)
PKK/YPG terrorçuları Türkiyənin milli təhlükəsizliyinə təhdiddir - səfir

Bakı. Trend:

PKK/YPG terror təşkilatı təkcə Suriyanın ərazi bütövlüyünə deyil, Türkiyənin milli təhlükəsizliyinə də təhdiddir.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu Təhlükəsizlik Şurasının Suriya üzrə iclasında deyib.

Türkiyə səfirinin açıqlaması Ankaranın adı çəkilən terror təşkilatına qarşı əməliyyatları ilə bağlı tənqidlərə cavab olaraq verilib.

F.Sinirlioğlunun sözlərinə görə, 2019-cu ilin oktyabrında Ankaranın ABŞ və Rusiya terrorçuların Suriyanın şimalından çıxarılmasını nəzərdə tutan razılaşması hələ də tam yerinə yetirilməyib.

"Tell Rıfat və Münbiç istisna olmaqla, sərhədimiz boyu 30 kilometr dərinlikdə olan hissə terror ünsürlərindən təmizlənməyib. Bəzilərini PKK/YPG və qondarma SDQ-nin (Suriya Demokratik Qüvvələri - red.) İŞİD-ə qarşı mübarizə apardığı iddiaları ilə yanıldırlar. Lakin reallıq ondan ibarətdir ki, PKK/YPG/SDQ Suriyanın mülki əhalisinə hücumlarını davam etdirir və İŞİD-lə mübarizə üçün onlara verilən silahlarla Türkiyə sərhədlərini hədəfə alır", - deyə daim nümayəndə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti