...

Bişkekdə Avrasiya İqtisadi Birliyinin sammiti başlayıb

Dünya xəbərləri Materials 9 Dekabr 2022 11:00 (UTC +04:00)
Bişkekdə Avrasiya İqtisadi Birliyinin sammiti başlayıb

Bakı. Trend:

Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi Birliyinin sammiti öz işinə başlayıb.

Trend TASS-a istinadən xəbər verir ki, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri sammitdə bir araya gəliblər.

Sammit Qırğızıstan Prezidenti Sadır Japarovun görüşə gələn liderləri qarşılama mərasimi ilə başlayıb.

Görüşdə ümumi qaz bazarının formalaşdırılması və enerji sektorunda idarələrarası şuranın yaradılması, AİB məkanında inteqrasiyanın daha da dərinləşdirilməsi, xidmətlər üçün vahid bazarın inkişafı məsələləri müzakirə ediləcək.

Sammitdə, həmçinin, bütöv sənədlər paketinin təsdiqlənməsi və Birliyin 2023-cü il üçün beynəlxalq fəaliyyətinin əsas istiqamətlərinin təsdiqlənməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti