...

İstanbulda duman səbəbindən nəqliyyatın hərəkətində fasilələr gözlənilir

Dünya xəbərləri Materials 3 Yanvar 2023 02:21 (UTC +04:00)
İstanbulda duman səbəbindən nəqliyyatın hərəkətində fasilələr gözlənilir

Bakı. Trend:

İstanbul valisi Əli Yerlikaya yanvarın 3-4-də gecə və səhər saatlarında güclü duman səbəbindən şəhər sakinlərinə nəqliyyatda mümkün fasilələr barədə xəbərdarlıq edib.

Trend xəbər verir ki, o, bununla bağlı tviter hesabında yazıb: "Duman səbəbindən görmə qabiliyyətinin pisləşəcəyi gözlənilir, bütün nəqliyyat növlərinin fəaliyyətində fasilələr mümkündür".

Qeyd edək ki, İstanbulun Asiya hissəsindəki Sabiha Gökçen Hava Limanı Xidmətləri İdarəsi gecə saatlarında və bu gün günorta saatlarına qədər duman səbəbindən reyslərin ləğvi və gecikmələr barədə xəbərdarlıq edib. Yanvarın 2-də hava limanına gedən 50-dən çox reys şəhərin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına yönləndirilib. Yanvarın 3-də “Türk Hava Yolları” şirkəti hava şəraiti ilə əlaqədar 100 reysin ləğv edildiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti