...

"Acer" serverlərindən 160 GB data oğurlanaraq satışa çıxarılıb

Dünya xəbərləri Materials 10 Mart 2023 17:46 (UTC +04:00)
"Acer" serverlərindən 160 GB data oğurlanaraq satışa çıxarılıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Tayvanın kompüter şirkəti "Acer" böyük məlumat pozuntusuna məruz qaldığını rəsmi olaraq təsdiqləyib.

Trend-in məlumatına görə, ancaq "Acer" müştəri məlumatlarının oğurlanmadığını açıqlayıb. Bildirilib ki, hakerlər tərəfindən əldə edilən məlumatlar təmir ustaları üçün mövcud olan daxili serverdə olanlardan ibarətdir.

Oğurlanmış məlumatların həcmi 160 GB təşkil edib. Bildirilir ki, bu yüksəkhəcmli məlumatlara məxfi daxili slaydlar və təqdimatlar daxildir.

Bundan başqa, texniki dəstək üçün personal sənədləri, "Windows ISO" faylları, texniki təlimatlar, proqram vasitələri, məhsul məlumatları və çox sayda "BIOS" materialının da oğurlananlar arasında olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti