...

Türkiyədə zəlzələyə görə bağlanan məktəblər bu ay açılacaq

Dünya xəbərləri Materials 14 Aprel 2023 13:21 (UTC +04:00)
Türkiyədə zəlzələyə görə bağlanan məktəblər bu ay açılacaq

Bakı. Trend:

Türkiyənin Hatay və Adıyaman vilayətlərində baş verən zəlzələdən sonra bağlanan məktəblər aprelin 24-də yenidən açılacaq.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin təhsil naziri Mahmut Özer bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 50 min 500 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti