Bakı. Trend:
Fransa Konstitusiya Şurası aprel ayında qəbul edilmiş Olimpiya Oyunları haqqında qanun layihəsini təsdiqləyib. Bu qanuna digər məsələlərlə yanaşı, Paris küçələrində təhlükəsizliyin təmin edilməsi üçün videomüşahidə sistemlərində süni intellektin tətbiqi daxildir.
Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Fransanın daxili işlər naziri Jerald Darmanen yazıb.
"Mən 2024-cü il Olimpiya Oyunları haqqında qanun layihəsini, o cümlədən videomüşahidə görüntülərinin pilot qaydada müəyyən edilmiş təminatlarla alqoritmik işlənməsini təsdiq edən Konstitusiya Şurasının qərarını alqışlayıram. Bu misli görünməmiş hadisənin təhlükəsizliyini təmin etmək bizim prioritetimizdir", - deyə nazir bildirib.