...

Terrora qarşı mübarizəmiz davam edəcək - Yaşar Güler

Dünya xəbərləri Materials 21 İyun 2023 15:01 (UTC +04:00)
Terrora qarşı mübarizəmiz davam edəcək - Yaşar Güler

Bakı. Trend:

Terrora qarşı mübarizəmiz qətiyyətlə davam edəcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin müdafiə naziri Yaşar Güler jurnalistlərə açıqlaması zamanı deyib.

"Terrorla mübarizəmiz hər zaman olduğu kimi qətiyyətlə davam edəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın və İraq Kürd Regional Rəhbərliyinin (KRG) baş naziri Məsud Bərzaninin 20 iyun tarixli görüşü müsbət nəticələr verəcək",- deyə nazir qeyd edib.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin baş naziri Məsud Bərzani ilə görüşüb. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti