...

Almaniyada da Quran yandırıldı

Dünya xəbərləri Materials 11 İyul 2023 10:47 (UTC +04:00)
Almaniyada da Quran yandırıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın cənub-qərbindəki Maulbronn şəhərində naməlum şəxslər Quranı yandıraraq məscidin qarşısına atıblar.

Trend xəbər verir ki, Almaniyadakı Türk-İslam Dini Qurumlar Birliyinin yaydığı məlumatda qeyd olunur ki, hadisə iyulun 8-nə keçən gecə Memar Sinan məscidində baş verib.

"Hücum edənlər müsəlmanların müqəddəs kitabını yandırıblar və yanan Quranı hərəkətdə olan maşının pəncərəsindən çölə atıblar. Hadisə müşahidə kameraları tərəfindən lentə alınıb. İnsidentlə bağlı polisə şikayət edilib”, – məlumatda deyilir.

Xatırladaq ki, anooji hadisə təxminən iki həftə əvvəl İsveçin paytaxtı Stokholmun mərkəzində baş verib. Belə ki, İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs "Quran" kitabını yandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti