...

Beynəlxalq mühit necə dəyişirsə dəyişsin, Pakistanın yanındayıq - ÇXR sədri

Dünya xəbərləri Materials 1 Avqust 2023 10:49 (UTC +04:00)
Beynəlxalq mühit necə dəyişirsə dəyişsin, Pakistanın yanındayıq - ÇXR sədri
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin beynəlxalq mühitin necə dəyişməsindən asılı olmayaraq, Pakistanın yanında olacaqlarını bəyan edib.

Trend xəbər verir ki, bu barədə məlumat "Geo News" televiziyasında yayımlanıb.

Məlumata görə, İslamabadda Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) 10 illiyi çərçivəsində Pakistanın baş naziri Şahbaz Şərif və Çinin baş nazirinin müavini Hi Lifinqin iştirakı ilə tədbir keçirilib.

ÇXR sədri Si Cinpin göndərdiyi təbrik mesajında ikitərəfli əlaqələrin daha da genişlənəcəyini və möhkəmlənəcəyini qeyd edərək beynəlxalq mühitin necə dəyişməsindən asılı olmayaraq, Pakistanın yanında olacaqlarını bildirib.

CPEC-in Kəmər və Yol Təşəbbüsünün öndə gedən mühüm layihəsi olduğunu deyən ÇXR sədri, Çin və Pakistanın 2013-cü ildə işə salındıqdan sonra CPEC-i inkişaf etdirdiyini vurğulayıb.

Qeyd edək ki, Çinin şimal-qərbində Sincan-Uyğur Muxtar Rayonunundan, Pakistanın şimal-şərq və cənub-qərbindən keçərək Qvadar və Kəraçi limanları ilə Ərəbistan dənizinə birləşdirməyi hədəfləyən "Çin-Pakistan İqtisadi Dəhlizi" (CPEC) layihəsi Çinin Kəmər və Yol Təşəbbüsünün mərkəzində yer alır.

CPEC layihəsi həmçinin Mərkəzi Asiya ölkələrinin, o cümlədən Azərbaycanın regional ticarətini artırmaq üçün Qvadar limanından istifadəsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti