...

Yaponiyanda “Lan” qasırğası nəticəsində 20 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 16 Avqust 2023 05:03 (UTC +04:00)
Yaponiyanda “Lan” qasırğası nəticəsində 20 nəfər xəsarət alıb

Bakı. Trend:

Yaponiyanın mərkəzində və qərbində leysan yağışlar, eləcə də güclü küləklə təsirini göstərən “Lan” tayfunu nəticəsində 20 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, ölkədə daşqınlar olub, elektrik enerjisinin kəsilməsi və nəqliyyatda fasilələr yaranıb.

Yaponiya Meteorologiya Agentliyi ölkənin Honsyu bölgəsindəki Kii yarımadasına çatan tayfunun ölkənin şərq və şimalında Hokkaydoya doğru istiqamətlənəcəyini bildirib.

Çaylar daşıb, binalara ziyan dəyib, tayfun nəticəsində nəqliyyatın hərəkəti iflic olub.

Yaponiya İctimai Televiziyası NHK Hyoqo Osaka, Kyoto, Şiqa və Vakayama prefekturalarında tayfun nəticəsində 20 nəfərin xəsarət aldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti