...

“Harold” tropik qasırğası Texas ştatının Padre adasına çatıb

Dünya xəbərləri Materials 23 Avqust 2023 05:16 (UTC +04:00)
“Harold” tropik qasırğası Texas ştatının Padre adasına çatıb

Bakı. Trend:

“Hilari” qasırğası ABŞ-ın Kaliforniya və Nevada ştatlarına təsir etdikdən sonra onun növbəti ünvanı Texas olub.

Trend-in məlumatına görə, bu barədə “CBC News” xəbər verib. Bildirilib ki, ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi açıqlamada “Harold” qasırğasının səhər saatlarında Padre adasına çatdığı qeyd edilib.

Açıqlamada “Harold” qasırğasının gecə saatlarında Meksika körfəzindən Texasa doğru irəlilədiyi bildirilib.

Qasırğanın yaratdığı neqativlərə qarşı ayıq-sayıq olmağa və onun yaratdığı küləyin sürətinin saatda təxminən 80 kilometrə çata biləcəyinə çağırış edilib.

“Harold” qasırğasının şiddətli yağış və güclü küləklə Texasın cənubunda və ölkənin daxili hissəsində təsirini davam etdirəcəyinə diqqət çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti