...

Yunanıstanda meşə yanğınları törətməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb

Dünya xəbərləri Materials 25 Avqust 2023 02:27 (UTC +04:00)
Yunanıstanda meşə yanğınları törətməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb

Bakı. Trend:

Yeddi gündür yanğınların davam etdiyi Yunanıstanda ötən gün ərzində 9 yanğın cəhdi aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Yunanıstanın İqlim böhranı və mülki müdafiə naziri Vasilis Kikilias bildirib.

O, açıqlamasında ölkənin müxtəlif bölgələrində günlərdir davam edən yanğınlara qarşı total mübarizə aparıldığını qeyd edərək, güclü külək səbəbindən bəzi yanğınların nəzarətdən çıxdığına diqqət çəkib.

Nazir qeyd edib ki, səhər saat 08:00-a qədər paytaxt Afinanın təxminən 50 kilometr şimalındakı Parnita dağının meşə sahəsində və Afinanın təxminən 60 kilometr şimalındakı Avlona bölgəsində 9 yanğın cəhdi aşkarlanıb.

Şübhəlilərin nəzarətə alındığını bildirən V.Kikilias söyləyib ki, yanğını törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti