...

Meksikada gözlənilən “Norma” qasırğası ilə bağlı xəbərdarlıq edilib

Dünya xəbərləri Materials 22 Oktyabr 2023 02:42 (UTC +04:00)
Meksikada gözlənilən “Norma” qasırğası ilə bağlı xəbərdarlıq edilib

Bakı. Trend:

Meksikanın Aşağı Kaliforniya yarımadasını vuracağı gözlənilən “Norma” qasırğası səbəbindən vətəndaşlara küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Trend-in məlumatına görə, ABŞ Milli Qasırğa Mərkəzinin məlumatın görə, qasırğanın sürəti saatda 195 kilometrə çatacaq.

Meksikanın Aşağı Kaliforniya hökumətinin rəsmisi Viktor Manuel Kastro insanları evlərini tərk etməməyə çağırıb.

Edilən bütün xəbərdarlıqlara baxmayaraq, yarımadada hələ də təxminən 40 min turist olduğu bildirilir.

Səlahiyyətlilər sabah hava limanlarının bağlanacağı ilə bağlı məlumat paylaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti