...

İsrail müdafiə naziri Blinkenlə Qəzzanı müzakirə edib

Dünya xəbərləri Materials 23 Dekabr 2023 17:26 (UTC +04:00)
İsrail müdafiə naziri Blinkenlə Qəzzanı müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail müdafiə naziri Yoav Qallant və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, tərəflər Qəzzadakı əsirlər və humanitar yardım məsələsini müzakirə ediblər.

Xatırladaq ki, Qəzzada oktyabrın 7-dən indiyə kimi ölənlərin sayı 20 mini keçib. Onlardan azı 8 mini uşaq, 6 min 200 nəfəri qadındır. Yaralananların sayının isə 52 min 600-ü keçdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti