...

"Hizbullah"ın bölmə komandiri Livanda öldürülüb

Dünya xəbərləri Materials 8 Yanvar 2024 15:30 (UTC +04:00)
"Hizbullah"ın bölmə komandiri Livanda öldürülüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Hizbullah"ın bölmə komandiri Livanın cənubunda İsrail hücumu nəticəsində öldürülüb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail "Hizbullah"la münaqişəni sülh yolu ilə həll etməyə hazırdır, əks təqdirdə digər üsullarla hərəkət edəcək.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin sabiq müdafiə naziri Benni Qantz da bənzər açıqlama verib. O, İsrailin lazım gələrsə, "Hizbullah"la hərbi toqquşmaya girə biləcəyini istisna etməyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti