...

Finlandiya Rusiya Federasiyası ilə sərhədi bağlı saxlamaq niyyətindədir

Dünya xəbərləri Materials 9 Yanvar 2024 07:31 (UTC +04:00)
Finlandiya Rusiya Federasiyası ilə sərhədi bağlı saxlamaq niyyətindədir

Bakı. Trend:

Finlandiya hökuməti Rusiya ilə sərhədi bağlı saxlamaqda davam etmək niyyətindədir, lakin bunun üçün hüquqi əsaslar lazımdır.

Trend-in məlumatına görə, bu barədə Finlandiyanın “Helsingin Sanomat” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Finlandiya hökuməti Rusiya ilə sərhəddəki keçid məntəqələrinin blokadasını hələ də aradan qaldırmaq niyyətində deyil. Qeyd olunur ki, Finlandiya hakimiyyəti bu həftə karantin rejiminin yanvarın 14-nə qədər uzadılması ilə bağlı qərar qəbul etməlidir. Məhdudiyyətlərin uzadılması ehtimalı həm də ona görə yüksəkdir ki, hökumət yanvarda ölkənin şərq sərhədinin mühafizəsi məsələsi ilə bağlı geniş müzakirədə iştirak etməyib, çünki əksər nazirlər məzuniyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti