...

ABŞ bu ölkəyə qarşı sanksiyaları yenilədi

Dünya xəbərləri Materials 11 Yanvar 2024 20:54 (UTC +04:00)
ABŞ bu ölkəyə qarşı sanksiyaları yenilədi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) iki şirkət, üç təyyarə və “224-cü Uçuş Dəstəsi” dövlət aviasiya şirkətinin direktoru Vladimir Mixeyçiki Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlərə Rusiya Silahlı Qüvvələrinin təlim mərkəzi - Aşuluk poliqonu, Vladimir Qabaqcıl Hərbi Araşdırmalar Kompleksi və İl-76MD, An-124 və İl-76 təyyarələri daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti