Bakı. Trend:
Fransa 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiya Oyunlarının mühafizəsi üçün istifadə olunacaq hərbi kontingenti 20 min nəfərə çatdıracaq.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi Fransa Quru Qoşunlarının Baş Qərargah rəisinə istinadən bildirib.
"Olimpiya Oyunları ölkəmiz üçün son dərəcə mühüm hadisə olacaqdır. Silahlı Qüvvələr bu mühüm an üçün orada olacaq və biz Silahlı Qüvvələr və Ordudan 20 000-ə yaxın kişi və qadını yerləşdirəcəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, hərbçilər Olimpiya məşəli estafetinin iştirakçılarını bütün ölkə boyu müşayiət edəcəklər. Yarış zamanı birbaşa olaraq ölkə daxilində polis, jandarma və digər xidmətlərə dəstək verəcəklər.