...

Polşa müdafiə naziri ordunun sayını artırmaq niyyətini açıqlayıb

Dünya xəbərləri Materials 21 Yanvar 2024 07:40 (UTC +04:00)
Polşa müdafiə naziri ordunun sayını artırmaq niyyətini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış ordunun sayını artırmaq və departamentin əvvəlki rəhbərliyinin silah tədarükü ilə bağlı bağlanmış müqavilələri qorumaq planlarını açıqlayıb.

Müdafiə naziri şənbə günü Lüblin şəhərində keçirdiyi mətbuat konfransında deyib: "Biz ordunun sayını, eləcə də Polşa Ordusunun əməliyyat imkanlarını artıracağıq və mən buna daha çox diqqət yetirəcəyəm".

Trend xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

"Təkcə kəmiyyət göstəriciləri deyil, həm də əməliyyat imkanları vacibdir" deyən Kosinyak-Kamış həmçinin qeyd etdi ki, ilk yoxlamalardan sonra əsgərlərin təliminə və fərdi təchizatlarına diqqət yetirməlidir.

2023-cü ilin dekabrında keçirilən parlament seçkilərində qalib gələn Polşa müxalifəti əvvəlki hökumətin ordunun sayını artırmaq planlarını və Müdafiə Nazirliyinin bağladığı müqavilələri dəfələrlə tənqid edib.

Həmçinin, Polşa hərbi idarəsinin nümayəndələri bildiriblər ki, yalnız 2024-cü ildə Polşa Ordusunun peşəkar hərbçilərinin sayı 10 min nəfər artırılacaq, ərazi müdafiə qüvvələrinin və könüllülərin sayı da artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti