...

Slovakiyada 45 minə yaxın insanın iştirakı ilə hökumət əleyhinə mitinqlər keçirilib

Dünya xəbərləri Materials 26 Yanvar 2024 04:00 (UTC +04:00)
Slovakiyada 45 minə yaxın insanın iştirakı ilə hökumət əleyhinə mitinqlər keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyada hökumət əleyhinə aksiyalarda on minlərlə insan iştirak edib

Trend xəbər verir ki, bu barədə “Sme” xəbər portalı məlumat yayıb.

Etirazçılar Baş nazir Robert Fiço hökumətindən cinayət hüququ islahatlarından imtina etməyi tələb ediblər. Aksiyada habelə Nazirlər Kabinetinin istefası ilə bağlı çağırışlar olub. 2023-cü ilin sentyabrında keçirilən seçkilərdən sonra respublikada hakimiyyəti itirən parlament müxalifətinin liberal partiyaları bundan əvvəl etiraz aksiyalarına çağırmışdılar.

Slovakiyada hökumət əleyhinə mitinqlər 2023-cü ilin sonundan mütəmadi keçirilir. Buna səbəb Nazirlər Kabinetinin dekabrın 6-da xüsusi prokurorluq şöbəsinin ləğvi ilə bağlı qəbul etdiyi qərar olub.

Fiço və kabinetinin üzvləri iddia edirlər ki, xüsusi prokurorluq işlərini araşdırdığı vətəndaşların hüquqlarını pozub. Respublika rəhbərliyinin fikrincə, Bu bölmə səlahiyyətlərindən sui-istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti