...

Ekoloji fəallar Luvrdakı “Mona Liza” tablosunun üzərinə şorba töküblər

Dünya xəbərləri Materials 28 Yanvar 2024 17:50 (UTC +04:00)
Ekoloji fəallar Luvrdakı “Mona Liza” tablosunun üzərinə şorba töküblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekoloji fəallar Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosunun üzərinə şorba töküblər.

Trend xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

“Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda “Mona Liza”nı qoruyan zirehli şüşənin üzərinə şorba tökərək öz hərəkətlərini “sağlam və dayanıqlı qida hüququ”nu təbliğ etmək istəyi ilə əsaslandırıblar”, - agentliyin məlumatında deyilir.

Qeyd edək ki, ekoloji fəalların “Mona Liza”nı məhv etməyə cəhdləri ilk dəfə deyil. Belə ki, 2022-ci ilin may ayında əlil arabasında olan bir nəfər qoruyucu şüşəni sındırmağa cəhd etmiş, daha sonra isə tablonu tortla bulamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti