...

Tramp qeyri-qanuni mühacirləri ölkədən çıxaracağını və Amerika sərhədini bağlayacağını vəd edib

Dünya xəbərləri Materials 5 Fevral 2024 06:45 (UTC +04:00)
Tramp qeyri-qanuni mühacirləri ölkədən çıxaracağını və Amerika sərhədini bağlayacağını vəd edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə, ilk növbədə Amerika sərhədlərini bağlamaq və qeyri-qanuni miqrantların kütləvi deportasiyasını təşkil etmək niyyətindədir.

Trend xəbər verirki, o, bu barədə Fox News-a müsahibəsində bildirib.

“Bizim etməli olduğumuz ilk şey sərhədi bağlamaqdır. Bizdə milyonlarla insan [ABŞ-da qeyri-qanuni yaşayan] ola bilməz. O zaman biz kütləvi deportasiya təşkil etməliyik”, - deyə o, aparıcının yenidən seçiləcəyi təqdirdə xarici siyasətdə ilk addımları barədə sualına cavab verib. Trampın sözlərinə görə, ənənəvi olaraq prezident seçkilərində Demokratların namizədini dəstəkləyən bir çox ştatlar hazırkı Amerika administrasiyasının qeyri-qanuni immiqrasiya məsələsi ilə necə məşğul olduğuna görə fikirlərini dəyişə bilər. “Nyu-Yorklular qəzəblidirlər. Respublikaçı olduğum üçün heç vaxt mənə səs verməyən insanlar , düşünürəm ki, onlar mənə səs verəcəklər.", - deyə o əlavə edib.

Onun fikrincə, prezident seçkilərində Nyu-Yorkdan başqa, Nyu Cersi, Virciniya, Minnesota və Nyu Meksiko kimi ənənəvi Demokratik ştatlar da onu dəstəkləyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti