...

BMT baş katibi Putin, Zelenski və Ərdoğana məktublar göndərib

Dünya xəbərləri Materials 16 Mart 2024 17:11 (UTC +04:00)
BMT baş katibi Putin, Zelenski və Ərdoğana məktublar göndərib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Rusiya, Türkiyə və Ukrayna prezidentlərinə məktublar göndərib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat yayıb.

Məlumata görə, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenskiyə ünvanlanan məktubların mövzusu gəmiçiliklə bağlı olub.

"Ticarətin və ərzaq tədarükünün davam etməsi, eləcə də gəmilərin təhlükəsizlikdə olması üçün bütün tərəflərlə danışıqları davam etdiririk", - BMT baş katibinin rəsmi nümayəndəsi deyib.

Düjarrik həmçinin, Qara dəniz vasitəsilə ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı məsələsinin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Qara dənizdən keçən gəmilər üçün dəniz minaları və limanlara zərbələr təhlükə törədir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti