...

Aİ Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib

Dünya xəbərləri Materials 22 Mart 2024 02:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə keçirilən Aİ sammitində Avropa liderlərinin Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması haqqında danışıqlara başlamaq qərarını açıqlayıb.

Trend-in məlumatın görə, bu barədə Ş.Mişel "X" sosial şəbəkəsində yazıb.

"Avropa Şurası Bosniya və Herseqovinanın üzvlüklə bağlı danışıqlara başlamağı qərara alıb. Təbrik edirik! Sizin yeriniz Avropa ailəmizdədir", - deyə o bildirib.

O, bu qərarı ölkənin Aİ yolunda "əsas addım" adlandırıb.

"İndi gərgin işi davam etdirmək lazımdır ki, Bosniya və Herseqovina xalqınızın istədiyi kimi davamlı inkişaf etsin", - deyə Ş.Mişel qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti