...

Əlcəzairdə avtomobil qəzasında 8 nəfər ölüb

Dünya xəbərləri Materials 22 Mart 2024 07:11 (UTC +04:00)
Əlcəzairdə avtomobil qəzasında 8 nəfər ölüb

Bakı. Trend:

Cümə axşamı paytaxt Əlcəzairdən təxminən 185 kilometr şərqdə, Bejaia əyalətinin Akbou məntəqəsi yaxınlığında taksinin yük maşını ilə toqquşması nəticəsində 8 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Əlcəzairin Mülki Müdafiə Departamenti xəbər verib.

Məlumata əsasən, ölənlərin hamısı taksinin sərnişinləri olub.

Polis qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti