...

Şarl Mişel Belçikanın xarici və Avropa işləri naziri ola bilər - KİV

Dünya xəbərləri Materials 18 İyun 2024 13:50 (UTC +04:00)
Şarl Mişel Belçikanın xarici və Avropa işləri naziri ola bilər - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hazırkı vəzifəsində səlahiyyət müddəti başa çatdıqdan sonra Belçikanın xarici və Avropa işləri naziri ola bilər.

Trend xəbər verir ki, bu barədə "Politico" nəşri adı çəkilməyən iki Belçika məmuruna istinadən məlumat yayıb.

Onların fikrincə, Mişelin Belçikanın xarici işlər naziri vəzifəsinə təyin olunması onun ölkənin baş naziri və Aİ Şurasının prezidenti kimi təcrübəsi nəzərə alındıqda, məntiqlidir. Bundan başqa, Şarl Mişelin mənsub olduğu "İslahat Hərəkatı" partiyası Belçikanın fransızdilli hissəsində keçirilən seçkilərdə yüksək nəticələr göstərib. Bunun sayəsində Şarl Mişel Belçika hökumətində bir neçə vəzifəyə, o cümlədən, xarici və Avropa işləri naziri portfelinə müraciət edə bilər.

Qeyd edək ki, Şarl Mişel 2019-cu il dekabrın 1-dən Aİ Şurasının prezidenti vəzifəsini icra edir. Onun bu vəzifədə ikinci müddəti bitmək üzrədir və Aİ-nin qaydalarına əsasən, Mişelin yenidən bu posta seçilməsi mümkün deyil. Şarl Mişel 2014-2019-cu illərdə Belçika hökumətinə rəhbərlik edib, 2011-2019-cu illərdə isə liberal "İslahat Hərəkatı" partiyasının lideri olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti