Bakı. Trend:
"Eurosport" telekanalı britaniyalı şərhçi Bob Ballard seksist açıqlamalarına görə Olimpiadadakı işindən uzaqlaşdırılıb.
Trend xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.
Belə ki, Avstraliyanın qadınlardan ibarət yığma komandası 4x100 m sərbəst estafet yarışında qələbə qazandıqdan sonra Ballard deyib: "Qadınlar elə indicə qurtardılar. Bilirsiniz, qadınlar necə olurlar... Boş-boş veyillənirlər, makiyaj edirlər".
Terlekanal rəhbərliyi Ballardın şərhinin yersiz olduğunu bildirərək onu şərhçilər siyahısından çıxarıb.