Bakı. Trend:
Yəmənin husi üsyançıları İsrailin Ben Qurion hava limanına doğru raket atıblar.
Trend-in məlumatına görə, bu barədə husilərin nümayəndəsi general Yəhya Sari deyib.
O bildirib ki, Yəmənin husi üsyançıları baş nazir Benyamin Netanyahunu daşıyan təyyarənin oraya enəcəyini gözləyirdilər.
"Husilərin raket qüvvələri Benyamin Netanyahunun gəlişi zamanı israillilərin “Ben Qurion” adlandırdıqları obyektə: Yaffa hava limanına (husilər Təl-Əvivi bu cür adlandırırlar) qarşı əməliyyat keçirib", - deyə o bildirib.
O qeyd edib ki, husilər bu məqsədlə "Fələstin-2" ballistik raketindən istifadə ediblər.