...

ABŞ Energetika Nazirliyi "Brent" neftinin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 21:37 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Energetika Nazirliyi 2024-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 82,8 dollar/bareldən 80,89 dollar/barelə qədər salıb.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin Enerji İnformasiya İdarəsinin aylıq hesabatında bildirilib.

Məlumata əsasən, 2025-ci il üçün proqnoz daha əhəmiyyətli dərəcədə - 6,5 dollar azaldılıb: 84,09 dollar/bareldən 77,59 dollar/barelə qədər.

"Qlobal tələbin artımı ilə bağlı narahatlıqlar neft ehtiyatlarının azalması və OPEC+-un hasilatın artımını dekabr ayına qədər təxirə salmaq qərarını üstələyib", - deyə qeyd olunub.

Bununla yanaşı, bildirilib ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi neft bazarlarına qeyri-müəyyənlik və qeyri-sabitlik gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti